Hadisə · Dünən, 09:26

Goranboyda torpaq sürüşməsi su xəttini zədələdi, 1100 abonent susuz qaldı

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib. APA-nın məlumatına görə, sürüşmə kəndin ərazisindən keçən diametri 219 millimetr olan magistral su kəmərini zədələyib.

Bunun nəticəsində 1100 abonentin içməli su təchizatı müvəqqəti olaraq dayandırılıb.

Hadisə yerinə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub. Onlar qəzanı operativ şəkildə aradan qaldırıblar, abonentlərin su təchizatı isə bərpa edilib.

Lent.az materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər