Yardımlıda məktəbdən evə qayıtmayan ikinci sinif şagirdi körpünün altında ölü tapılıb
APA-nın cənub bürosunun məlumatına görə, Yardımlı rayonunun Gendərə kəndində məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin meyiti aşkarlanıb.
Azyaşlı bu gün dərsdən çıxdıqdan sonra evə gəlməyib. Uşağın gəlmədiyini görən anası əvvəlcə onun babasıgilə getdiyini düşünüb. Sonradan aparılan axtarışlar zamanı kənd ərazisində yerləşən körpünün altından şagirdin cəsədi tapılıb.
İlkin ehtimala görə, uşaq körpüdən yıxılması nəticəsində həyatını itirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırırlar.
APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



