Hadisə · Dünən, 19:24

Qubada qadını vuran sürücü hadisə yerindən uzaqlaşıb, qadın ölüb

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosunun məlumatına əsasən, qəza rayonun Barlı kəndindən keçən yolda qeydə alınıb. Nəticədə 60 yaşlı bir qadın həyatını itirib.

Xaçmaz rayonunun sakini, 1966-cı il təvəllüdlü qadın yolu keçmək istədiyi zaman avtomobilin vurduğu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Onun kimliyi və vurub qaçan avtomobilin markası hələlik müəyyən edilməyib.

Hadisənin digər təfərrüatları və sürücünün tapılması ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər