Badamdarda sürüşmə davam edir, mövcud çatlar genişlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonunun Badamdar–20-ci sahəsində mütəmadi müşahidə və monitorinq işləri aparırlar. Məlumat nazirlikdən APA-ya verilib.
Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi aşkarlanıb. Eyni zamanda, mövcud çatlarda genişlənmə baş verib.
Nazirliyin məlumatına görə, ərazidəki vəziyyət mütəxəssislərin nəzarətində saxlanılır.
APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal


