Bakının Lökbatan qəsəbəsində avtomobilin vurduğu 10 yaşlı qız həlak olub

Bakının Lökbatan qəsəbəsində 10 yaşlı qız avtomobilin vurması nəticəsində həyatını itirib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Hadisə noyabrın 22-də saat 13 radələrində yaşayış zonalarından birində baş verib. Polisin məlumatına görə, qız yaşıdları ilə oynayarkən meydançadan kənara düşən topun ardınca yolun hərəkət hissəsini qaçaraq keçib.
Sürücünün yaşayış zonası üçün müəyyən olunmuş sürət həddindən artıq sürətlə hərəkət etdiyi və yola çıxan uşağı görmədiyi ehtimal edilir.
İdarə sürücülərə və piyadalara müraciət edərək yaşayış ərazilərində ehtiyatlı olmağa, piyadalara hörmətlə yanaşmağa çağırıb. Bildirilib ki, belə yerlərdə uşaqlar, yeniyetmələr və digər sakinlər çox olur, qanun isə həm sürücülərin, həm də piyadaların üzərinə konkret vəzifələr qoyur.
Lent.az materialı əsasında. Şəkil mənbədəndir. Orijinal


