Hadisə · 23 noyabr, 22:11

Binəqədidə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsinin Aran küçəsindəki fərdi yaşayış evində yanğın qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsində 150 kvadratmetr sahə yanıb. Dam örtüyü və pilləkən qəfəsi də yanğından zərər görüb.

Yanğınsöndürənlər alovun bitişik tikililərə yayılmasının qarşısını alıb. Evin birinci mərtəbəsi və yaxınlıqdakı tikililər mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər