Kriminal · Dünən, 17:10

Xırdalanda meyvə satıcısı bıçaqlandı, hücum edən şəxs 2 il 6 ay cəza aldı

Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektində meyvə-tərəvəz satıcısı bıçaqlanıb. 31 yaşlı kişi prospektin kənarındakı satış yerinə gəlib, pul ödəmədən alça yeyib. Satıcı ona irad bildirib, satıcının köməkçisi isə hadisəyə qarışıb və kobud ifadə işlədib.

Bundan sonra həmin kişi evdən bıçaq götürüb geri qayıdıb və ona kobud cavab verən şəxsi axtarıb. Satıcı həmin adamın getdiyini deyəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı hücumçu satıcının qarnına və qoluna bıçaq zərbələri vurub. Yaralıya xəstəxanada ilkin yardım göstərilib, kişi isə saxlanılıb və barəsində cinayət işi açılıb.

İfadəsində təqsirləndirilən şəxs bildirib ki, satıcı ilə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkiblər. O, əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib. Zərərçəkən də şikayət və tələbinin olmadığını bildirib, əvvəllər də həmin kişinin pul vermədən meyvə yediyini, amma utandığı üçün söz demədiyini söyləyib. Məhkəmə təqsirləndirilən şəxsi 2 il 6 ay azadlıqdan məhrum etmək cəzasına məhkum edib.

Lent.az materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər