Azərbaycan sərhədini qanunsuz keçmək istəyən 5 əfqanıstanlıya 1 il 8 ay həbs cəzası verilib

Astara Rayon Məhkəməsi dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən beş Əfqanıstan vətəndaşının cinayət işi üzrə hökm çıxarıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər 1 il 8 ay müddətinə azadlıqdan məhrum ediblər.
Məhkumlar cəzalarını çəkib başa vurduqdan sonra ölkədən çıxarılacaq.
İddiaya görə, Əfqanıstan vətəndaşları İran ərazisindən Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadı tərəfindən saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə sərhədin qabaqcadan razılığa gələn qrup, mütəşəkkil dəstə tərəfindən və ya zor tətbiq etməklə, yaxud zor hədəsi ilə keçilməsini nəzərdə tutur.
APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



