Turizm · Dünən, 01:50

Expedia-nın B2B biznesinin artım tempinin yavaşlaması gözlənilir

Expedia Group-un tərəfdaşlarla işləyən B2B bölməsi son illər şirkətin artımının əsas mühərriki olub. Üçüncü rübdə bu seqmentin ümumi bronlaşdırmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz, gəliri isə 23 faiz artıb.

Noyabrın 4-də nəticələri açıqlayan zaman maliyyə direktoru Derek Andersen dördüncü rübdə bu seqmentin artımının zəifləyəcəyini bildirib. O, səbəb kimi ötən ilin yüksək bazasını göstərib: həmin vaxt iri tərəfdaşların aktiv marketinqi bronlaşdırmaları 24 faiz artıraraq 8,7 milyard dollara çatdırmışdı.

Andersen həmçinin ABŞ-da seçki dövrü ilə bağlı tələbin zəifləməsini, Yaxın Şərq və Avropadakı geosiyasi problemlərin uzun məsafəli səfərlərə təsirini və payız endirimləri səbəbindən bəzi bronların üçüncü rübə keçməsini xatırladıb.

Bernstein-in baş analitiki Richard Clarke isə güclü rübdə B2B-ni zəif nöqtə kimi qeyd edib. Analitik hesab edir ki, bu təzyiqlər daha uzun davam edə bilər.

Skift materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər