Turizm · Dünən, 13:07

İran müharibəsi Körfəz otellərinin idarəetmə müqavilələrini sınağa çəkir, sahiblər hələlik razılaşmaya üstünlük verir

Fevralın sonunda başlayan ABŞ–İran müharibəsi Körfəz regionundakı otellərə təsir etməkdə davam edir. Bu səbəbdən otel sahibləri operatorlarla bağladıqları idarəetmə müqavilələrinə yenidən baxmağa başlayıblar. Hələlik tərəflər arbitraja getmək əvəzinə şərtləri yenidən müzakirə edir.

Belə müqavilələrə görə sahib brendə otelin idarə olunması üçün ödəniş edir. Əsas haqq adətən gəlirlə bağlıdır və otel zərərlə işləyəndə də ödənilir. Nəticədə performans zəif olanda itkinin böyük hissəsini sahiblər çəkir.

Körfəzdəki otellərin çoxu altı aydan artıqdır ki, gözləniləndən zəif nəticə göstərir. CoStar-ın STR məlumatına görə, Dubayda oktyabrda otellərin doluluğu 84,9%-dən 68,4%-ə düşüb. Orta gündəlik qiymət 28,1% azalaraq 181 dollar, bir otağa düşən gəlir isə 42% azalaraq 124 dollar olub.

Dubay Turizm Korporasiyasının rəhbəri İsam Kazimin sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında şəhər 9,7 milyon beynəlxalq qonaq qəbul edib. Bu göstərici əvvəlki ilin eyni dövründəki 15,7 milyonla müqayisədə 38% azdır.

Skift materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər