Pərviz Məmişovdan, Sumqayıt, Azərbaycan

Sizin rəhbərliyinizlə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, xüsusilə icbari tibbi sığorta sisteminin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi vətəndaşların sağlamlığının qorunmasına, tibbi xidmətlərin əlçatanlığının artırılmasına mühüm töhfə vermişdir.
Sizin diqqət və qayğınız sayəsində Azərbaycan səhiyyəsi inkişaf etmiş, müasirləşmiş, insanların keyfiyyətli tibbi xidmətlərdən yararlanması üçün geniş imkanlar yaradılmışdır.
Bu diqqət və qayğının real nəticəsini ailəmiz də hiss etmişdir. Belə ki, anam Məmişova Həmayil İsmayıl qızı Sumqayıt şəhərində yerləşən klinikada icbari tibbi sığorta çərçivəsində ürək əməliyyatı olunmuşdur. Anamın müalicəsi və səhhətinin vəziyyəti ilə mütəmadi maraqlanan, ona diqqət və qayğı göstərən şəxslərə xüsusi minnətdarlığımı bildirirəm.
Sizə bir vətəndaş və övlad olaraq xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Anamın icbari tibbi sığorta hesabına ürək əməliyyatı olunması, dövlətimizin vətəndaşının sağlamlığına verdiyi dəyərin bariz nümunəsidir.
Səhiyyə sahəsində həyata keçirdiyiniz islahatlara, insanlara göstərdiyiniz diqqət və qayğıya, vətəndaşların sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə Sizə ailəmiz adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin və xalqımızın rifahı naminə həyata keçirdiyiniz müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
Rəsmi mənbə: Azərbaycan Respublikasının Prezidenti. Şəkil mənbədəndir. Orijinal

