Leyla Şükürovadan, Bakı, Azərbaycan

Sizə ömrünün ixtiyar çağını yaşayan bir ana, eyni zamanda Bakı şəhəri, Səbail rayonu, 1-ci Səbail küçəsində yerləşən "Sea life" yaşayış kompleksinin yüzlərlə sakini adından dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yazıram.
Uzun müddət idi ki, yaşadığımız yaşayış kompleksinin qarşısından keçən, avtomobillərin yüksək sürətlə hərəkət etdiyi Salyan şossesində piyada zolağının və işıqforun olmaması sakinlərin, xüsusilə də mənim kimi yaşlı insanların və məktəbli uşaqların həyatı üçün ciddi təhlükə yaradırdı. Bu problemin həlli ilə bağlı müraciət ünvanlamışdım.
Cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmizdə vətəndaş müraciətlərinə göstərilən yüksək həssaslığın və insan amilinə verilən ali dəyərin nəticəsi olaraq, müraciətimizə reaksiya verdilər. Qısa müddət ərzində qeyd olunan ərazidə təhlükəsizlik tədbirləri görüldü, piyada keçidi və yol hərəkətinin tənzimlənməsi vasitələri qoyularaq sakinlərin təhlükəsiz gediş-gəlişi tam təmin edildi. İndi biz yaşlılar və övladlarımız yolu keçərkən heç bir qorxu və təhlükə hiss etmirik.
Vətəndaşların sosial rifahının və təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyiniz məqsədyönlü siyasətə, həmçinin müraciətimizin diqqətdə saxlanılıb problemin operativ şəkildə həll edilməsinə görə Sizə bir ana kimi xeyir-dua verir, dərin təşəkkürümü bildirirəm.
Uca Tanrı Sizi və doğma Azərbaycanımızı qorusun!
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
Rəsmi mənbə: Azərbaycan Respublikasının Prezidenti. Şəkil mənbədəndir. Orijinal


