Southwest erkən istehsal olunmuş 737 MAX 7-ləri qəbul etməyə hazırlaşır

Boeing-in uzun müddət gecikən 777X proqramında qeyri-adi problem yaranıb: bəzi iri müştərilər ilk istehsal olunan təyyarələri istəmir. Emirates ilk nümunələrdən imtina edib, Lufthansa isə hansı təyyarələri qəbul edəcəyi barədə danışıqlar aparır. Səbəb köhnə gövdələrin cari standartlara uyğunlaşdırılması üçün geniş dəyişikliklərin lazım olmasıdır.
Emirates-in prezidenti Tim Clark iyulda ilk on 777X-dən imtina edəcəklərini bildirib. Lufthansa-nın rəhbəri Carsten Spohr isə avqustda ən erkən 777-9-larla bağlı Boeing ilə danışıqların getdiyini deyib. Boeing-də modifikasiya gözləyən təxminən 30 hazır erkən 777X var, CEO Kelly Ortberg isə işin illər çəkə biləcəyini etiraf edib.
Southwest Airlines isə fərqli yol seçib. 737 MAX 7 avqustda sertifikat aldıqdan sonra şirkət illərlə saxlanılan 27 əvvəlcədən istehsal olunmuş təyyarəni qəbul etməyə hazırlaşır.
MAX 7 ilk dəfə 2018-ci il martın 16-da uçmuşdu. Boeing sertifikasiyanı 2019-da gözləyirdi, lakin MAX-ların yerdə saxlanması, tənzimləyici nəzarətin güclənməsi və texniki problemlər prosesi gecikdirdi. FAA 1000-dən çox saatlıq sınaqdan sonra təyyarəni avqustun 3-də sertifikatlaşdırıb. Sərnişin daşımazdan əvvəl Southwest ayrıca əməliyyat icazələri almalıdır.
Simple Flying materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



