İsrail flydubai-nin Tel-Əvivə uçuşlarının bərpasına icazə verib

İsrail hakimiyyəti “flydubai” aviaşirkətinin ölkəyə uçuşlarını bərpa etməsinə razılıq verib. Bu qərar Dubaydan Tel-Əvivə uçan Boeing 737 təyyarəsində baş verən qaçırma cəhdindən təxminən iki ay sonra qəbul edilib. Həmin hadisədə təyyarənin ikinci pilotu kapitana hücum edib və təyyarəni qəzaya uğratmağa çalışıb. Sərnişin kimi uçan digər pilotlar idarəetməni ələ keçirib, təyyarə isə Səudiyyə Ərəbistanına yönəldilib.
Hadisədən sonra İsrail aviaşirkətə ən azı 2026-cı il dekabrın 15-dək qadağa qoymuşdu. İsrail nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə gedib, orada Əmirlik tərəfinin aviasiya təhlükəsizliyini gücləndirmək üçün gördüyü yeni tədbirlərlə bağlı təqdimatlarla tanış olub. Təfərrüatlar açıqlanmayıb. Nəqliyyat naziri bu təqdimatlardan sonra uçuşların bərpasını təsdiqləyib.
İsrailin Nəqliyyat Nazirliyi qərarın təhlükəsizlik qurumlarının icazəsindən asılı olduğunu bildirib və bunu hava əlaqəsinin bərpasına doğru mühüm addım adlandırıb. “flydubai” isə səlahiyyətlilərlə sıx əməkdaşlıq etdiyini və yenilikləri rəsmi kanallarda paylaşacağını açıqlayıb.
Mənbələrə görə, şirkət əvvəllər Tel-Əviv və Dubay arasında hər istiqamətdə gündə 10-dək reys yerinə yetirirdi. Hazırda iki ölkəni yalnız “Etihad” birləşdirir. “El Al”, “Arkia” və “Israir”in uçuşlarını təhlükəsizlik məsələləri gecikdirir. “Emirates” isə fevraldan bəri Tel-Əvivə uçuşları dayandırıb.
Simple Flying materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



