Dünya · Dünən, 18:24

Kuşnerin Albaniyada lüks kurort üçün aldığı torpağın sahibi kimdir?

Cared Kuşner Albaniyanın Vlora bölgəsində beşulduzlu lüks kurort tikməyi planlaşdırır. Layihə üçün alınan torpağa bir neçə yerli sakin iddia edir, mülkiyyət məsələsini isə dövlət prokurorluğu araşdırır.

2021-ci ilin yayında Kuşner və İvanka Tramp Nat Rotşildə məxsus yaxta ilə Monteneqrodan Yunanıstana gedərkən Albaniya sahilində dayanıblar. Baş nazir Edi Rama gəmiyə gəlib ölkə üçün planlarını onlara danışıb. Bir il sonra Kuşner Balkanlarda investisiya imkanları axtararaq Vlora qayıdıb.

Onun üçün çalışan şirkət aprel ayında Hidrovor çimərliyini və ətrafdakı 300 akr ərazini 130 milyon dollardan artıq qiymətə alıb. Yerli sakin ailəsinin bu torpağa Osmanlı dövründən sahib olduğunu deyir və bunu göstərən sənədlər təqdim edib. İkinci Dünya müharibəsindən sonra torpaq kommunist hökuməti tərəfindən müsadirə edilib. 2005-ci ildə o, başqa birinin də həmin əraziyə iddia etdiyini öyrənib.

NPR materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər