Xiamen Airlines 7,4 milyard dollarlıq 50 Boeing 737 MAX 8 sifariş edib

Xiamen Airlines 50 yeni Boeing 737 MAX 8 təyyarəsi sifariş edib. Sövdələşməni ana şirkət China Southern Airlines noyabrın 24-də birja bildirişində təsdiqləyib. Təyyarələr 2031–2034-cü illərdə təhvil veriləcək, siyahı qiyməti 7,4 milyard dollardır. Müqavilə hələ hökumətin və səhmdarların son təsdiqini gözləyir.
China Southern alışı aviaşirkətin əməliyyatlarının yeni Xiamen Xiang'an hava limanına köçürülməsi ilə əlaqələndirib. Limanın birinci mərhələsi ildə 45 milyon sərnişinə xidmət edə biləcək və gələn ay açılacaq. Şirkət həmçinin bunun Fujian hab şəbəkəsinə və marşrut planına dəstək verəcəyini, Airbus alışını tamamlayacağını bildirib.
Hazırda aviaşirkətin donanmasında 151 Boeing və 25 Airbus var. Bunların 28-i artıq MAX 8-dir. Sifariş üzrə daha 12 A320neo və 56 A321neo gözlənilir.
Simple Flying materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



