Ryanair vergilər ləğv edilərsə, Almaniyada 3,6 milyard dollarlıq genişlənmə vəd edir

Ryanair hökumət "zərərli" vergi və yığımları ləğv edərsə, Almaniyada geniş miqyaslı genişlənmə həyata keçirəcəyini bildirib. Şirkətin rəhbəri noyabrın 24-də Almaniyada 3,6 milyard dollarlıq planı təqdim edib. Plan kansler Fridrix Mertsin aviasərnişin vergisini ləğv etməsi və hava limanlarına çıxış xərclərini azaltması şərtinə bağlıdır.
Bunun müqabilində Ryanair sərnişin həcmini ildə 17 milyondan 34 milyona çatdırmağı, ölkədə 36 yeni Boeing 737 MAX yerləşdirməyi və marşrut şəbəkəsini 550-dən çox istiqamətə genişləndirməyi vəd edir. Düsseldorf, Dortmund, Hamburq və Ştutqartda yeni bazalar açılacaq, 2032-ci ilədək isə 1000-dən çox birbaşa iş yeri yaradılacaq.
Şirkət rəhbəri Almaniyanı Covid-dən sonra ən zəif bərpa olunan Avropa aviabazarı adlandırıb. Onun sözlərinə görə, yüksək vergi və hava limanı, hava hərəkəti və təhlükəsizlik rüsumları bazarı rəqabətsiz edib. O əlavə edib ki, trafik vergini ləğv edən Slovakiya, İsveç, İtaliya və Polşaya yönəlir. Mertz noyabrın 3-də biznes tədbirində aviasiya vergisinin azaldılmasını istədiyini demişdi. Bu ilin əvvəlində isə verginin iyuldan etibarən 2024-cü ilin may səviyyəsinə endirilməsi qərara alınmışdı.
AeroTime materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



