Aviasiya · Dünən, 16:01

Singapore Airlines doqquza qədər marşrutda Airbus A350-900 təyyarələrini digər modellərlə əvəz edib

Singapore Airlines doqquza qədər marşrutda Airbus A350-900 təyyarələrindən imtina edərək onları başqa modellərlə əvəz edib. Ch-aviation məlumatına görə, Star Alliance üzvü olan aviaşirkət 64 ədəd A350-900 istismar edir və bu, donanmasında ən çox say təşkil edən tipdir.

Dəyişikliklər yanvarda başlayıb. Çengdu xəttində Boeing 787-10, Penanq xəttində isə dar gövdəli Boeing 737 MAX 8 işlədilir. Fevralda Phuket də MAX 8 ilə xidmət almağa başlayıb. Martda Bali reysləri 787-10 və MAX 8 qarışığına keçirilib, aprel ayında Oklend marşrutuna Airbus A380 və Boeing 777-300ER qoyulub. Taypey və Kolombo xətlərində isə 787-10 istifadə olunur.

Oktyabrdan Amsterdam reysində A350 əvəzinə 777-300ER uçur. Aviaşirkət bu istiqamətdə gündə bir reys icra edir. Noyabrdan Kэyrns marşrutuna da daha kiçik MAX 8 verilib. Aviaşirkət noyabrın 23-də Qərbi Sidney hava limanına ilk reysini də həyata keçirəcək.

Simple Flying materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər