Ramiz Mehdiyevin kürəkəni AXCP sədrinin məhkəməsində şahid qismində ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin cinayət işi üzrə keçirilən prosesdə Prezident Administrasiyasının sabiq rəhbərinin kürəkəni şahid qismində ifadə verib. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçən iclasda o, ittiham aktında göstərilən məsələlərə aid suallara cavab verib.
Şahid məhkəmə kollegiyasından həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib. Həyat yoldaşı da işdə şahid qismində tanınır.
O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir. Səhhətinin ağır olması səbəbindən onun məhkəməyə gətirilməsini istəmir.
Prosesdə sabiq rəhbərin oğlu da iştirak edib.
Lent.az materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



